Samir Abasovla müqavilənin müddətini uzatmayan «Neftçi» yeni baş məşqçinin adını iyunun 14-də açıqlayacaq.
Hər halda Müşahidə Şurasının növbəti toplantısı həmin tarixə təyin olunub.
Komandanı əcnəbi mütəxəssisə tapşırmaq istəyən rəsmilər boş oturmur, transfer çalışmalarını davam etdirir. Danışıqlar aparılan legionerlərdən 4-ü ilə ilkin razılıq əldə olunub.
Mərkəz müdafiəçisi, sol cinah müdafiəçisi, hücumameylli sağ vinger və mərkəz hücumçusu – «ağ-qaralar» bu mövqelərdə çıxış edən futbolçularla müqavilə şərtlərində ortaq məxrəci tapıb.
Sadəcə, onların Azərbaycana gətirilməsi baş məşqçi təyinatından sonraya saxlanılıb.
SPORTİNFO.AZ

