Deyir, Samir Abasov “Linkedin”də qeydiyyatdan keçib.
İnanılmazı bacardı, ancaq uğuru qoruyub, komandanı inkişaf etdirə bilmədi.
Ən böyük səhvi ötən yay seleksiyanı tam olaraq öz kurasiyasına alması oldu. Yanında bu işi bilən, kömək edəcək adam da olmadı.
İstər komanda içində, istər də ictimaiyyət ilə ünsiyyətdə özünü adekvat aparmadı, kollektiv qura bilmədi.
Hər dəfəsində büdcənın azlığından şikayətləndi. Baxmayaraq ki, təkcə veteran Tiaqo Bezerraya verdiyi pula üç Kadi Borges (!!!), iki Patrik Andrade gətirmək olardı.
Məğlubiyyətləri onun-bunun üstünə atırdı. Mövsümün sonunda azarkeşləri hədəf alması isə tam fiasko oldu.
Bütün bunlarla belə, adam olduğu kimidir. Və heç kim iddia edə bilməz ki, bəzi digər məşqçilər kimi gözü kiminsə pulundadır.
Transferlərdə hər atdığı addım səhv idi, ancaq bunun kökündə korrupsiya deyil, sırf bu sahəni bilməməsi durur.
Bundan sonra meydan Patonu 100 min dollara aldırıb, 240 minə oynadanların olacaq. Bilməyənlər bilsin ki, qış transferlər Abasovluq deyildi.
Kim bilir, bəlkə indi Abasovun “Neftçi”dən gedişinə görə qonaqlıq verənlər gələn il daha da peşman olacaqlar.
Erkin İbrahimov

