“Neftçi”nin başa çatan müqaviləsini yeniləmədiyi Kamran İbrahimovun yeni klubu müəyyənləşib.
Gənclər yığmasının da formasını geyinən qapıçı “Kəpəz“də çıxış edəcək.
O, 4 illik fasilədən sonra Premyer Liqaya qayıdan Gəncə klubu ilə birillik müqavilə imzalayıb.
“Sumqayıt“ və “Səbail“in də xilmətinə maraq göstərdiyi “Neftçi”nin yetirməsi əsas komandanın heyətində 10 rəsmi oyunda meydana çıxıb.
Kamran onadək aşağı yaş qrupu komandalarımızın və “Neftçi-2”nin qapısını qoruyub.
SPORTİNFO.AZ

