“Sportinfo” “Neftçi”nin istədiyi məşqçini tapdı, onun reaksiyası bu cür oldu – “KİM İDİ?”

10 İyun 2022 20:00 Neftçi 2 929
“Sportinfo” “Neftçi”nin istədiyi məşqçini tapdı, onun reaksiyası bu cür oldu – “KİM İDİ?”

Samir Abasovun “Neftçi”dən yola salınmasından sonra yeni baş məşqçinin kim olacağı maraq doğurur.

Klub rəhbərliyi danışıq apardığı namizədlərlə söhbəti iyunun 14-nə qədər başa vurub adını ictimaiyyətə təqdim etməlidir.

Başbilənlərin məqsədi komandanı yenidən əcnəbiyə həvalə etməkdir. Bu mənada belaruslu Viktor Qonçarenko ilə ukraynalı Yuri Vernidubun adı çəkilir. Onlara qədərsə Temuri Ketsbaya variantı var idi.

Son illər adından söz etdirən Qonçarenko ilə Vernidubun karyerasını Azərbaycanda davam etdirməyə necə yanaşacağını müəyyənləşdirmək çətindir. Özlərinə olan marağı nəzərə alsaq, “Neftçi”yə “hə” demələri inandırıcı görünmür.

Elə bu məqsədlə onlardan biri – Qonçarenko ilə söhbətdə mövzuya aydınlıq gətirmək istəyirdik.

ÇSKA-nın sabiq çalışdırıcısının nömrəsini tapmaq müşkül olmasa da, suala cavab tapmaq mümkünsüzə çevrildi.

“Salam, Viktor Mixayloviç. Necəsiniz?” sualına “salam, kim idi?” cavabını verən Qonçarenko, “Azərbaycandan, Sportinfo.az saytından Həbibdir.

“Neftçi” mövzusunda danışmaq istəyirdim sizinlə” mesajımı oxuyub cavabsız qoydu.

Sonradan etdiyim zənglər isə “havada qaldı”.

Bu fakt belaruslu çalışdırıcının “Neftçi”ylə danışıq aparmasının əyani sübutudur. Çünki danışıq prosesində məşqçilər bacardıqca mətbuatan uzaq durmağa çalışır.

Deyəcəkləri hansısa yanlış ifadə yüzminlərin əldən çıxmasına səbəb ola bilər. Ona görə də susmağı üstün tuturlar.

Yoxsa ki, “Neftçi”ylə danışıq aparmıram” deməsində nə problem var idi?

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!