“Neftçi” rəhbərliyi niyə məhz ona güvəndi?

10 İyun 2022 22:20 Neftçi 2 544
“Neftçi” rəhbərliyi niyə məhz ona güvəndi?

“Açığı, əvəzedici komandaya baş məşqçi təyin olunacağımı gözləyirdim.

Belə olacağını müəyyən mənada hiss etmişdim.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi-2”yə yeni baş məşqçi təyin olunmuş Rəşad Abdullayev deyib.

41 yaşlı mütəxəssis xeyli vaxtdır “Neftçi”də çalışdığını və buna görə də rəhbərliyin ona etimad göstərdiyindən bəhs edib. Abdullayev yeni komandasındakı hədəflərindən söz açıb:

“Bildiyiniz kimi, 4 ildir “Neftçi”nin U-19 komandasında çalışırdım. Paralel olaraq 2 ildir “Neftçi-2”də Mahmud Qurbanovun köməkçisi kimi fəaliyyət göstərirdim.

Fikrimcə, lazımi qədər təcrübəyə sahibəm deyə, rəhbərik bu posta məni layiq gördü. “Neftçi” mənə doğma komandadır.

Bu komandanın həyatımdakı yeri tam başqadır. Neçə illər burada futbol oynamışam, son illərdə məşqçi kimi işləmişəm.

U-19-da işləyəndə əsas məqsədimiz əvəzedici komanda üçün futbolçu hazırlamaq idi.

Bundan sonra işimiz əsas komandaya şəxsiyyət və futbolçu kimi layiqli futbolçular yetişdirmək olacaq. Allahın izni ilə etimadı doğruldarıq”.

Rəşad Abdullayev 2009-2012-ci illər aralığında “Neftçi”nin formasını geyinməklə bu komanda ilə 2 dəfə Azərbaycan çempionu olub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!