Daha 5 məşqçi ilə yolları ayıran “Neftçi”də yeni gündəm

10 İyun 2022 16:40 Neftçi 1 496
Daha 5 məşqçi ilə yolları ayıran “Neftçi”də yeni gündəm

“Neftçi” Samir Abasovun məşqçilər korpusuna daxil olan köməkçiləri ilə yolları ayırıb.

Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Etibar Tarıverdiyev 2018-ci ilin iyunundan, Seymur Rəhimov və Vəfadar Quliyev 2020-ci ilin noyabrından, Eduardo Karo 2021-ci ilin yanvarından, Mübariz Orucov isə 2021-ci ilin iyunundan “Neftçi”də çalışırdı.

Daha əvvəl klub baş məşqçi Samir Abasovla da müqavilənin uzadılmamasına qərar verib. Halbiki klub prezidenti Kamran Quliyev onun yardımçılarından Tarıverdiyevlə Karonu yenə burada saxlamaq istəyib.

Fəqət, baş məşqçi postuna namizəd olan əcnəbi mütəxəssislərdən heç biri əvvəlki korpusda yer almış şəxslərin xidmətinə maraq göstərməyib.

Amma gözlənilən budur ki, yeni sükançısının kimliyindən asılı olmayaraq, yeni korpusda 1, maksimum 2 yerli məşqçi görəcəyik.

İdman direktoru Zaur Əzizov kimi məsləhət görərsə…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!