“Neftçi”yə lazım olmadı, bu klublarla danışıqlara başladı

10 İyun 2022 15:00 Neftçi 1 653
“Neftçi”yə lazım olmadı, bu klublarla danışıqlara başladı

“Neftçi” qapıçısı Kamran İbrahimovla yollarını ayırıb.

23 yaşlı qolkiperin başa çatan müqaviləsi yenilənməyib.

“Neftçi”nin yetirməsi olan İbrahimov əsas komandanın heyətində 10 rəsmi oyunda meydana çıxıb.

O, daha əvvəl aşağı yaş qrupu komandaların və “Neftçi-2”nin qapısını qoruyub. Kamran 2 klubla danışıqlar aparır. Həm “Səbail”, həm də “Sumqayıt” onun xidmətində maraqlıdır.

Mahmud Qurbanovun çalışdırdığı “dənizçilər” U-21 yığmasının qapıçısını sıralarına qatmağa daha israrlı görünür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!