BAXIN: “Neftçi” Samir Abasovla bu cür vidalaşdı - VİDEO

9 İyun 2022 02:00 Neftçi 1 728
BAXIN: “Neftçi” Samir Abasovla bu cür vidalaşdı - VİDEO

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasovla may ayının 31-də başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Sportinfo.az xəbər verir ki, klub göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.

2020-ci ilin noyabrından “Neftçi”ni çalışdıran Abasov 2020/2021 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın qalibi olub.

Komandaya 8 ildən sonra Azərbaycan çempionluğunu yaşadan Abasov 2021/2022 mövsümündə gümüş medallar qazandırıb.

“Neftçi” onun rəhbərliyi altında 61 rəsmi oyun keçirib. Bu matçlardan 32-si flaqmanın qələbəsi, 14-ü heç-heçə, 15-i isə məğlubiyyətlə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!