Ukrayna mətbuatı "Şerif"dən ayrılan Yuri Vernidubun yeni iş yeri tapdığını iddia edib,
Sportinfo.az "Ua-football" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis "Krivbas"la müqavilə imzalamağa yaxındır.
Vernidub artıq Krivoy Roqda olub və orada klub rəhbərliyi ilə əməkdaşlığı müzakirə edib.
Yuri Vernidub 2021/2022 mövsümündə "Şerif"i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. "Real Madrid", "İnter" və "Şaxtyor" (Donetsk) ilə mübarizədə qrup 3-cüsü olmağı bacaran klub mübarizəni Avropa Liqasının pley-off raundunda dayandırıb.
Xəbər verdiyimiz kimi, iyunun 8*də “Neftçi”nin Müşahidə Şurasının iclası yekunlaşıb.
Samir Abasov istefaya göndərilib. Onun istefasına səbəb kimi qarşısına qoyulan vəzifələrdən birini – Premyer Liqada ikinci yeri tutmaq tapşırığını yerinə yetirsə də, Azərbaycan Kubokunu qazanmaq məqəsdinin öhdəsindən gələ bilməyib.
O, eyni zamanda futbolçu transferləri ilə bağlı işi həyata keçirməyi bacarmayıb.
S.Abasov 2020-ci ilin noyabr ayından “Neftçi”ni çalışdırırdı. Mütəxəssisin rəhbərliyi altında komanda 2020/2021 mövsümündə ölkə çempionu olub, ötən mövsüm isə Premyer Liqanı 2-ci pillədə tamamlayıb.
Komandaya yeni baş məşqçinin təyinatı iyunun 14-də - növbəti iclasda açıqlanacaq. Namizədlər ukraynalı Yuri Vernidub və belaruslu Viktor Qonçarenkodur.

