"Neftçi"nin akademiyasına əcnəbi texniki direktor təyinat alacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında bildirib.
Allahverdiyev Müşahidə Şurasının qərarına əsasən, ayın sonunadək təyinatın gerçəkləşəcəyini söyləyib.
Klub rəsmisi akademiyanın tikintisinin yeni mövsümün sonunadək başa çatacağını vurğulayıb.

