Ukrayna müharibəsində döyüşən baş məşqçi "Neftçi"yə görə "Şerif"dən ayrıldı? – SON DƏQİQƏ

8 İyun 2022 13:20 Neftçi 1 760
Ukrayna müharibəsində döyüşən baş məşqçi "Neftçi"yə görə "Şerif"dən ayrıldı? – SON DƏQİQƏ

Yuri Vernidub "Şerif"in baş məşqçi postunu tərk edib.

Tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

"Şerif" ukraynalı mütəxəssisin klubun tarixində daim qalacağını açıqlayıb və ona xidmətləri qarşılığında təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayib.

Yuri Vernidub 2021/2022 mövsümündə Moldova klubuu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb.

"Real Madrid", "İnter" və "Şaxtyor" (Donetsk) ilə mübarizədə qrup 3-cüsü olmağı bacaran Tiraspol təmsilçisi mübarizəni Avropa Liqasının pley-off raundunda dayandırıb.

Vernidub Rusiyanın Ukraynaya hücum etməsindən sonra ölkəsinin müdafiəsinə qalxaraq, əlinə silah alıb, döyüşlərə qatılıb. Bu barədə bir neçə dəfə mətbuatda məlumat gedib.

İndi isə 66 yaşlı mütəxəssisin adı "Neftçi" ilə yanaşı hallanır. Bizdə məlumat var ki, bakılı funksionerlər son günlər onunla bir neçə dəfə yaxından təmas qurub.

Bir daha diqqətə çatdırırıq ki, bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçiriləcək. Toplantı saat 16:00-da başlayacaq.

Gündəliyə hesabatların dinlənilməsi, A və B komandaların baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi və təsdiqi, növbəti mövsümün büdcəsi və digər məsələlər daxildir.

2019/20 və 2020/21 mövsümlərində "Neftçi"nin baş məşqçisi olmuş Samir Abasovla müqavilənin müddəti son mövsümün yekununda bitib.

Vernidub 2019-cu ilin ikinci yarısında Azərbaycanda olub. Ukraynalı həmin vaxt "Sabah"la danışıqlar aparmaq üçün ölkəmizə səfər edib. Masazır klubunun oyununu canlı izləyən mütəxəssis müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməmişdi.

İndi isə "Neftçi"də ona kifayət qədər yaxşı tanış olan sima çalışır – Zaur Əzizov. İdman direktoru "Qəbələ"də baş menecer kimi fəaliyyət göstərdiyi dönəmdə onun oğlu Vitali Vernudubun transferini həyata keçirib.

Hazırda "Neftçi"nin baş məşqçisi vəzifəsinə digər namizədlərdən biri BATE və MOİK-in (Moskva) da çalışdırıcısı olmuş Viktor Qonçarenkodur. Digəri isə Kiprdə "Anortosis"ı çalışdırmış Temur Ketsbayadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!