Bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçiriləcək.
Toplantı saat 16:00-da başlayacaq.
Gündəliyə hesabatların dinlənilməsi, A və B komandaların baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi və təsdiqi, növbəti mövsümün büdcəsi və digər məsələlər daxildir.
Hazırda "Neftçi"nin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri BATE və MOİK-in (Moskva) da çalışdırıcısı olmuş Viktor Qonçarenkodur. Digəri isə Kiprdə "Anortosis"ı çalışdırmış Temur Ketsbayadır.
2019/20 və 2020/21 mövsümlərində "Neftçi"nin baş məşqçisi olmuş Samir Abasovla müqavilənin müddəti son mövsümün yekununda başa çatıb.
Qarşıdakı saatlarda qeyri-adi baş versə, Abasov daha burada saxlanmayacaq.
Düzdür, idarəçilər Qonçarenkonun görəvə gəlməsində daha çox maraqlıdır, sadəcə, tərəflər arasında son danışıqlar narazılıqla bitib. Bakıya gəlmiş belaruslu şərtlər və büdcə məsələlərində rəsmilərin fikirləri ilə razılaşmayıb.
Büdcədən söz düşmüşkən, "Neftçi" yeni sezona əvvəlki büdcə ilə başlamayacaq. SOCAR kluba ayırdığı vəsaitin miqdarını bir qədər artırıb.
Amma bu, gözlənildiyi və ümid edildiyi kimi, böyük artım deyil. Yəni, 5-6 milyon manat əlavə məbləğdən söhbət getmir.
SPORTİNFO.AZ

