Ötən mövsüm “Cəbrayıl”ı Region Liqasının qalibi edən Cavid Hüseynov məşqçilik karyerasını ölkənin ən köklü klubunda davam etdirəcək.
Millinin sabiq futbolçusuna “Neftçi”nin U-19 komandasının tapşırılacağını xəbər vermişdik.
Tərəflər arasında ümumi razılıq əldə olunub ki, xəbər, çox güman, iyunun 8-də rəsmi təsdiqini tapacaq.
Məsələyə aydınlıq gətirmək üçün səbəbkarla əlaqə saxladıqda, Hüseynov Sportinfo.az-a bunları dedi:
“Məni mətbuat “Neftçi”yə “aparıb” (gülür). Ortadaq hələ rəsmi heçnə yoxdur. Düzdür, bu barədə danışığımız olub və mən öz tərəfimdən planlarımı bildirmişəm.
Amma bu, elə məsələdir ki, gərək Müşahidə Şurasında müzakirə olunub, qərar verilsin. İlkin danışıq 100 faiz “Neftçi”də olacağım anlamına gəlməməlidir.
Elə məqamlar var ki, hər iki tərəfə maraqlı olmalıdır. Hər halda, gözləyək, görək necə olacaq”.
Cavid Hüseynov məşqçiliyə ötən ildən start verib. O, məşqçilər üçün nəzərdə tutulmuş B kateqoriyasına sahibdir.
HƏBİB

