“Neftçi” rəhbərliyi Vojislav Stankoviçin istirahətini başa vuraraq Azərbaycana dönməsini gözləyir.
Bakılılar serbiyalı legionerlə müqavilə şərtlərini yenidən müzakirə etmək niyyətindədir.
Mövcud kontrakta əsasən, “ağ-qaralar” adıçəkilən müdafiəçiyə gələn mövsüm daha çox vəsait ödəməlidir. Premier Liqanın gümüş medalçısı indi hesab edir ki, 35 yaşlı sabiq “Qəbələ”liyə əvvəlkindən daha artıq pul verməyə dəyməz.
Üstəlik, baş məşqçi postuna namizəd Viktor Qonçarenko balkanlı oyunçunun səviyyəsinə şübhə ilə yanaşır. Belaruslu görəvə gələrsə, Stankoviçə əsas heyət üzvü olaraq yanaşmayacağını bildirib.
Bakılı rəsmilər bütün bu səbəblərdən serbiyalıdan maddi şərtlərdə güzəşt istəyir.
SPORTİNFO.AZ

