Qurbanova "Neftçi"də iş təklifi etdilər - Bu adam klub rəhbərliyini iki yerə "böldü"

7 İyun 2022 10:40 Neftçi 3 323
Qurbanova "Neftçi"də iş təklifi etdilər - Bu adam klub rəhbərliyini iki yerə "böldü"

«Şamaxı»nın keçmiş baş məşqçisi Sənan Qurbanov «Neftçi»dən dəvət alıb.

İki aya yaxındır iş axtaran mütəxəssisə əvəzedici komandanı çalışdırmaq təklif olunub.

«Neftçi-2»nin sabiq sükançısı Mahmud Qurbanov iş yerini dəyişib. O, bugünlərdə «Səbail»də fəaliyyətə başlayıb.

Sənan Qurbanov paytaxt təmsilçisini idarə edən şəxslərin hamısı tərəfindən dəstəklənmir. Burada onun mümkün təyinatına qarşı çıxan şəxslər də var.

Bununla bağlı aparılan son müzakirələrdə fikir ayrılığı ortaya çıxıb. Etirazçıların arasında idman direktoru Zaur Əzizov yer almayıb. Axı o, uzun müddət «Qəbələ»də Qurbanovla çiyin-çiyinə çalışıb.

Ümumiyyətlə, Qurbanovu «Qəbələ»yə gətirən, məşqçi edən, öncə akademiyada, sonra əsas komandada iş verən, əlqərəz, əlini çörəyə çatdıran za telə Əzizov olub.

Əyalət klubunda baş menecer işlədiyi dönəmdə daim onu müdafiə edib, təhlükələrdən qoruyub, sonda ölkə kubokunu qazanmasına da şərait yaradıb.

«Netfçi»nin əvəzedici komandasını çalışdırmağa digər namizəd Rəşad Abdullayevdir. O, yola saldığımız sezonda 19 yaşlıları çalışdırıb, eyni zamanda «dubl»da Mahmud Qurbanovun köməkçisi işləyib.

Qurbanov onu özüylə «Səbail»ə aparmaq istəsə də, əvəzedicilərin sükanı arxasına keçmək niyyətinə görə bu təklifi geri çevirdi. Bu iki məşqçidən kimin məqsədinə çatacağını daha sabah biləcəyik.

Müşahidə Şurasının iyunun 8-də keçiriləcək iclası gündəmi zəbt edən digər mövzular kimi, B komandanın çalışdırıcısının adına da aydınlıq gətirəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!