“Neftçi”nin legioneri Azərbaycan millisinin 2 ən ciddi probleminin üstünü açdı

6 İyun 2022 19:40 Neftçi 2 486
“Neftçi”nin legioneri Azərbaycan millisinin 2 ən ciddi probleminin üstünü açdı

“Təəssüf ki, Azərbaycanın oyununu stadiondan izləyə bilməyəcəm.

Yaşadığım şəhərdən Novi-Sada 500 km məsafə var”.

“Neftçi”nin serbiyalı legioneri Voislav Stankoviç Sportinfo.az-a açıqlamasında bildirib ki, bu axşam UEFA Millətlər Liqası çərçivəsində Serbiyada baş tutacaq Belarus – Azərbaycan matçını canlı izləməyəcək.

Müdafiəçi məsafə uzaqlığı səbəbindən Novi-Sada getməsə də, bu oyunda millimizi dəstəkləyəcəyini bildirib. Həmçinin yığmamızdakı problemlərdən bəhs edib:

“Azərbaycan yığmasının ilk matçda Qazaxıstana uduzması yerinə düşmədi. Bu dəfə nə ilə yadda qalacağını deyə bilmərəm.

Komandada sabitlik və özünəinam görmürəm. Bu, heç də yaxşı hal deyil.

İstənilən halda Azərbaycan seçməsinə belaruslarla qarşılaşmada uğurlar arzulayıram. Ümid edirəm ki, yığma meydanı azı 1 xalla tərk edəcək”.

2014-cü ildən ölkəmizdə “İnter” (indiki “Şamaxı”), “Qəbələ” və “Neftçi”nin formasını geyinən Voislav Stankoviç bu müddətdə Premyer Liqada və Azərbaycan Kubokunda 204 oyunda 9 qol vurub. Avrokuboklarda təmsilçilərimizin 43 matçında iştirak edib, 1 dəfə fərqlənib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!