Azərbaycan millisi bu gün Serbiyada Belarus seçməsini qəbul edəcək.
UEFA Millətlər Liqasının ilk qarşılaşmasında səfərdə Qazaxıstana boyun əyən (0:2) Canni de Byazinin yetirmələri Novi-Sadda belarusluları məğlub etməyi hədəfləyib.
İndiki məqamda əsas suallardan biri yığmanı Serbiyada nə qədər azarkeşin dəstəkləyəcəyidir.
İlk oyunun nəticəsini və bu ölkədə az sayda azərbaycanlının yaşadığını nəzərə alsaq, ümid qalır Serbiyada Azərbaycana bağlılığa olan yerlilərə.
Onlardan biri də “Zirə”nin uğurları üçün tər tökən Nemanya Andelkoviçdir.
Serbiyalı müdafiəçi Sportinfo.az-a açıqlamasında Novi-Sad gedəcəyini və millimizi dəstəkləyəcəyini deyib:
“Azərbaycan yığmasının iyunun 6-da Serbiyada oynayacağından xəbərim var. “Zirə”dəki komanda yoldaşlarımın bəziləri millinin düşərgəsindədir.
Əlbəttə, oyuna baxacağam və Azərbaycanı dəstəkləyəcəyəm. Fikrimcə, maraqlı qarşılaşma olacaq”.
Belarus – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
HƏBİB

