«Cəbrayıl»ı Region Liqasının çempionu edən Cavid Hüseynov buradan ayrılıb.
O, bundan sonra «Neftçi»də fəaliyyət göstərəcək
. Keçmiş yarımmüdafiəçi vaxtilə formasını geyindiyi paytaxt təmsilçisinə baş məşqçi kimi dönüb.
Klubdan Sportinfo.az-a verilən məlumata görə, o, U-19-a təyinat alıb. Bakılılar Hüseynovla birillik müqavilə imzalayıb.

