"Arsenal"dan təklif aldı, "Neftçi"dən cavab gəlsin, sonra…" cavabı verdi

5 İyun 2022 13:00 Neftçi 3 607
"Arsenal"dan təklif aldı, "Neftçi"dən cavab gəlsin, sonra…" cavabı verdi

«Neftçi»nin baş məşqçi postuna ən real namizədlərdən biri olan Viktor Qonçarenko Rusiyadan yeni təklif alıb.

Bu ölkədə sonuncu dəfə Moskva MOİK-ini çalışdırmış belaruslu mütəxəssis «Arsenal»dan təklif alıb.

Üç il öncə Avropa Liqasında «Neftçi»yə rəqib olmuş Tula klubu Rusiya premyer-liqasını tərk edib. Növbəti mövsümdə birinci liqa iştirakçıları arasında yer alacaq «Arsenal»ın rəhbərliyi 44 yaşlı çalışdırıcını danışıqlar masası arxasına keçməyi təklif eləyib.

BATE ilə Çempionlar Liqasında nəticələrlə məşhurlaşan Qonçarenko Bakıdan cavab gözlədiyini bildirib və qarşı tərəfdən bir həftə onu gözləmələrini istəyib.

Onun daha əvvəl Rusiyada «Rostov» və «Krasnodar»ın da sükanı arxasında dayanmasını xatırladaq.

«Neftçi»nin yeni baş məşqçisinin kimliyinə iyunun 8-də aydınlıq gələcək. Müşahidə Şurasının ayın 2-də ertələnmiş toplantısı həmin gün keçiriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!