Viktor Qonçarenko baş məşqçi postuna əsas namizəd olduğu “Neftçi” ilə bağlı hərtərəfli araşdırma aparır.
Bu məsələ ilə yalnız belaruslu mütəxəssisin özü məşğul deyil, eyni zamanda, köməkçilərindən Aleksandr Ermakoviç də əlaqələrini işə salıb.
O, bu məqsədlə həmyerlisi – ötən ilin dkabrından etibarən Azərbaycanda çalışan Aleksey Baqa ilə əlaqə saxlayıb.
“Sumqayıt”In sükançısı tanışının “Neftçi” haqda suallarını cavablandırıb. O, “ağ-qaralar”ın yerli və əcnəbi futbolçuları, Premyer Liqanın səviyyəsi, digər klubların potensialı haqda bilgi verib.
Baqa “Neftçi”nin çempionluq uğrunda mübarizə aparmaq iqtidarında olmadığını bildirib,
“Qarabağ”ın istər heyət, istərsə də maliyyə ehtiyatı cəhətdən paytact təmsilçisini açıq çəkildə üstələdiyini bildirib.
SPORTİNFO.AZ

