PSJ-nin keçmiş hücumçusu "Neftçi"ni, yoxsa "Zirə"ni seçəcək?

4 İyun 2022 13:40 Neftçi 3 096
PSJ-nin keçmiş hücumçusu "Neftçi"ni, yoxsa "Zirə"ni seçəcək?

Azərbaycanın iki klubu fransalı hücumçu Kevin Nzuzini transfer etmək istəyir.

Sportinfo.az-ın "Sudinfosports"a istinadən məlumatına görə, bunlar UEFA Konfrans Liqasına vəsiqə qazanan "Neftçi" və "Zirə"dir.

Konqo əsilli hücumçunun son klubu Belçikanın səviyyəcə ikinci liqasında çıxış edən RWDM-i (keçmiş "Molenbek") olub.

Son 2 mövsümdə 14 qola imza atmış Nzuzi komandasının bombardiri sayılıb. O, 2016/2017 mövsümündə Fransanın PSJ klubunun B komandasında da çıxış edib.

28 yaşlı forvardın RWDM-lə müqaviləsi iki ay əvvəl başa çatıb. Onun tezliklə seçim edəcəyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!