"Neftçi" bu tarixdə yeni baş məşqçisinin adını açıqlayacaq

3 İyun 2022 17:00 Neftçi 1 638
"Neftçi" bu tarixdə yeni baş məşqçisinin adını açıqlayacaq

"Neftçi” Peşəkar Futbol Klubunda Müşahidə Şurasının iclasının vaxtı dəqiqləşib.

Sportinfo.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyunun 8-nə təyin edilib.

Klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.

Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!