"Neftçi"də günün nəbzi: Vacib toplantı və baş məşqçi seçimi niyə ertələndi?

3 İyun 2022 09:20 Neftçi 2 118
"Neftçi"də günün nəbzi: Vacib toplantı və baş məşqçi seçimi niyə ertələndi?

Dünən «Neftçi»nin Müşahidə Şurasının iclası keçirilməli idi.

Toplantıda başa çatan mövsümün yekunlarının geniş müzakirəsi planlaşdırılırdı.

Klubun prezidenti Kamran Quliyev və idman direktoru Zaur Əzizovun burada hesabat verməsi nəzərdə tutulurdu. Bilinən o idi ki, şura üzvləri baş məşqçi məsələsinə də nöqtə qoyulmalı idi.

Amma bunun üçün daha 1-2 gün gözləmək lazım gələcək. Yığıncaq SOCAR-dan qaynaqlanan səbəb üzündən dünən bir araya gələ bilməyib.

Neft şirkəti baş sponsoru olduğu klubun büdcəsini hələ müəyyənləşdirməyib. Hər şey elə ayrılacaq vəsaitdən asılıdır.

İşdir, SOCAR «Neftçi»yə ötən mövsümdəkindən daha artıq maliyyə versə, yeni çalışdırıcı əcnəbi olacaq. Büdcədə artım qeydə alınmasa, Samir Abasovla müqavilənin müddəti uzadılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!