Mövsümü “qızıl dubl”la başa vuran “Qarabağ” 2 futbolçu ilə yolları ayırıb.
Bunlar Riçard Almeyda və Xayme Romerodur.
Ağdam təmsilçisi ilə olan müqavilələrinin müddəti başa çatan yarımmüdafiəçilərə yeni anlaşma təklif olunmayıb.
İspaniyalı Xayme Romero ciddi zədə üzündən mövsümü boşa veribsə, Azərbaycan millisinin də üzvü olan braziliyalı Almeyda son “futbol ili”ndə “Qarabağ”ın əsas heyətində möhkəmlənə bilməyib.
Almeyda 2011-2018-ci illərdə “Qarabağ”da çıxış edib. 33 yaşlı pleymeker 2021-ci ildə yenidən komandaya qayıdıb.
İspaniyalı Xayme Romero isə 2019-cu ildən “Qarabağ”da çıxış edir. İndi hər iki oyunçu özünə yeni iş yeri axtaraşına çıxıb.
Maraqlıdır ki, cütlük “Qarabağ“ın əsas rəqibi olan “Neftçi“ ilə danışıqlar aparır. Bakılılar Romerodan sonra Almeyda ilə də təmasa keçib və irəli sürdükləri şərtlər müzakirə mərhələsindədir.
Sonuncunun Azərbaycan pasportu daşıması “ağ-qaralar“ın ona daha yaxından maraq göstərməsinin əsas səbəbidir.
SPORTİNFO.AZ

