"Neftçi" baş məşqçi müəmmasını çözür – Klubdan SON DƏQİQƏ XƏBƏRİ gəldi

1 İyun 2022 10:40 Neftçi 4 124
"Neftçi" baş məşqçi müəmmasını çözür – Klubdan SON DƏQİQƏ XƏBƏRİ gəldi

Sabah «Neftçi»nin Müşahidə Şurasının iclası keçiriləcək.

Gündəmin əsasını başa çatan mövsümün dəyərləndirilməsi və Samir Abasov təşkil edir.

Həm Premyer Liqada, həm də ölkə kubokunda uğursuz çıxışı ilə yadda qalan komandanın nəticiləri burada geniş müzakirə olunacaq və aydın məsələdir ki, vəziyyəti qeyri-kafi qiymətləndiriləcək.

Samir Abasovla «yola davam, yoxsa tamam» qərarı da şuranın toplantısında veriləcək. Göstəriciləri ələ alsaq, onun qalması üçün səbəb yoxdur - o, istər klub idarəçiləri, istərsə futbolçular, istərsə də azarkeşlərlə münasibətlərini korlayıb.

Əlqərəz, mütəmadi münasibətdə və ya əlaqədə olduğu şəxslərin biri də Abasovla bir daha üz-üzə gəlmək istəmir.

2020-ci ilin noyabrında sükan arxasına keçən mütəxəssis elə pis aura yaradıb, onu aradan qaldırmağın özü də ondan sonra görəv başına keçəcək şəxsi incidəcək, xeyli vaxtını alacaq.

Namizədlərin siyahısı genişdir. Temur Ketsbayanın adını bugünlərdə qeyd etmişdik.

Dünən isə Viktor Qonçarenko ilə bağlı xəbər yayılıb. İddia olunub ki, BATE və Moskvav MOİK-inin sabiq baş məşqçisi "Neftçi"nin sükanı arxasına keçməyə yaxındır.

Bu barədə Vladislav Tatur teleqram kanalında məlumat yayıb. Hazırda işsiz olan 45 yaşlı mütəxəssisin tezliklə "ağ-qaralar"ıa təyinat alacağı bildirilib.

"Neftçi"dən redaksiyamıza verilən informasiyaya görə, belaruslu çalışdırıcı həqiqətən Abasovu əvəzləməyə namizədlərdən biridir.

Ouunla danışıqlar bir müddət əvvəl başlayıb və uğurla sonuclanıb. Qonçarenko şərtlərlə tanış olub və qəbul edib. O, büdcənin bir qədər artırılmasını istəyib və belə olarsa, 2 illik müqaviləyə qol çəkəcəyinə söz verib.

Sadəcə, indi bir məsələyə tam aydınlıq gəlməlidir. Bu da SOCAR-ın verəcəyi cavab əsasında məlum olacaq. Neft şirkəti ötənilki büdcəni böyütməyə razılıq verərsə, komanda Qonçarenkoya tapşırılacaq.

Əks halda, Samir Abasovla müqavilə yenilənəcək. Budəfəki sövdələşmə birillik ola bilər, ancaq Konfrans Liqasındakı çıxış əsas götürüləcək.

Bakılılar avrokuboklarda da uğursuzluq yaşasa… Yeni baş məşqçi təyinatı təkrar gündəmə gətiriləcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!