“Neftçi”nin hücumçusu BU HADİSƏYƏ GÖRƏ sevincindən “uçur”

31 May 2022 19:00 Neftçi 1 879
“Neftçi”nin hücumçusu BU HADİSƏYƏ GÖRƏ sevincindən “uçur”

“Neftçi”də bəzi futbolçular kimi, Mirabdulla Abbasovun da üzü gülür.

Səbəb iyunun 2-də komandanın baş məşqçisi Samir Abasovla bağlı veriləcək qərardır.

44 yaşlı çalışdırıcının “ağ-qaralar”dakı gələcək taleyi böyük ölçüdə məlumdur.

Ötən ilki çempionluq havası ilə yaşayan Abasov cari mövsümdə rəhbərliyə və azarkeşlərə titul hədiyyə edə bilmədi. Üstəlik, komanda daxilində vəziyyət elə də ürəkaçan deyil.

Cümə axşamı Samir bəyin “Neftçi”dən göndərilməsindən sonra yeni baş məşqçinin kimliyi açıqlanacaq ki, bu da Mirabdullanın əhvalını yüksəldib. “Neftçi”nin yetirməsi “Neftçi”də qalmaq istəyir.

Yetər ki, ona güvənən məşqçi olsun, aralarında problem yaşanmasın. Yeni baş məşqçinin təyinatından sonra sözügedən hücumçunun yetişdiyi komandadakı gələcəyinə aydınlıq gələcək.

Və çox güman, karyerasını ağ-qaralı formada davam etdirəcək.

Mirabdulla Abbasov başa çatan mövsümün ilk yarısında “Neftçi”nin əsas komandasında 10 oyunda 1 qol vurub. Yanvardan sonra isə “Neftçi-2”nin sıralarında olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!