“Neftçi” Rusiyanın məşhur klubunu çalışdırmış məşqçi ilə anlaşdı?

31 May 2022 16:20 Neftçi 2 256
“Neftçi” Rusiyanın məşhur klubunu çalışdırmış məşqçi ilə anlaşdı?

BATE və Moskva MOİK-inin sabiq baş məşqçisi Viktor Qonçarenko "Neftçi"nin sükanı arxasına keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə Vladislav Tatur teleqram kanalında məlumat yayıb.

Hazırda işsiz olan 45 yaşlı mütəxəssisin tezliklə "ağ-qaralar"ın baş məşqçisi təyin olunacağı bildirilib. Belaruslu bu vəzifədə paytaxt klubu ilə müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.

"Neftçi"də baş məşqçi məsələsinə iyunun 2-də Müşahidə Şurasının iclasında aydınlıq gəlməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!