Sabiq "Moribor"lu Azərbaycan klubunda qalacaq, yoxsa..?

30 May 2022 15:00 Neftçi 1 212
Sabiq "Moribor"lu Azərbaycan klubunda qalacaq, yoxsa..?

«Şamaxı» ötən ilin yayında rənglərinə bağladığı Felipe Santosa yeni müqavilə təklif edib.

Əksər legionerləri ilə yolları ayıran bölgə təmsilçisi braziliyalı vingerin minimum daha 1 il burada qalmasını istəyir.

«Moribor»un sabiq futbolçusu isə bununla bağlı qərar verməyə tələsmir. Çünki Azərbaycandan başqa klublar da onunla yaxından maraqlanır. Felipeni «Şamaxı»da narahat edən iki məsələ var.

Birincisi, komandanın avrokuboklardan kənarda qalması və növbəti mövsümdə də iddiasız olmasının gözlənilməsi.

İkincisi, müqavilə öhdəliklərinin vaxtlı-vaxtında yerinə yetirilməməsi.

Elə bu yerdə qeyd etmək lazımdır ki, «Şamaxı» son 2 ayın maaşlarını hələ də ödəyə bilməyib. AFFA-nın onlara yaratdığı problem üzündən.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!