"Neftçi"dən xəbər gözləyir – Abasov qalsa, Türkiyəyə gedəcək

30 May 2022 13:00 Neftçi 1 760
"Neftçi"dən xəbər gözləyir – Abasov qalsa, Türkiyəyə gedəcək

Rəhman Hacıyev «Şamaxı»dan ayrılıb.

Yarımmüdafiəçi ardıcıl üçüncü mövsüm əyalət klubunun formasını geyinməkdən imtina edib.

Amma o, müqavilə ilə məxsus olduğu «Neftçi»yə qayıtmağa da hazırlaşmır. «Bakı»nın yetirməsi bunun üçün Samir Abasovla bağlı müəmmaya aydınlıq gəlməsini gözləyir.

Klub rəhbərliyi baş məşqçi postunda saxlasa, Hacıyevin dönüşü növbəti dəfə ertələnəcək.

Onun hazırda Türkiyədən 2 I Liqa təmsilçisi ilə danışıqlar apardığı bizə məlumdur. Rəhman bu üzdən bəzi Premyer Liqa komandalarından gələn təklifləri geri çevirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!