"Neftçi-2"ni çalışdıracaq yeni baş məşqçinin kimliyinə böyük ölçüdə aydınlıq gəlib.
Əvəzedici komanda gənc mütəxəssis Rəşad Abdullayevə tapşırılacaq.
O, heç də komandaya yad sima deyil. Abdullayev arxada qalan mövsüm sabiq çalışdırıcı Mahmud Qurbanovun köməkçisi və U-19 komandasının baş məşqçisi kimi çalışıb.
Onunla bağlı yekun qərar bu həftə bir araya gəlməsi ehtimal olunan Müşahidə Şurasının iclasında veriləcək.
"Neftçi-2"yə son 4 mövsümdə "Səbail"ə baş məşqçi kimi təyinat alan Mahmud Qurbanov rəhbərlik edib.
XANOĞLAN / SPORTİNFO.AZ

