Ölkəmizdə bir çox böyük klubların uşaq futbol məktəbləri fəaliyyət göstərir.
Onlardan biri də qardaş ölkə Türkiyənin məşhur təmsilçisi "Fənərbaxça" uşaq futbol məktəbidir.
Burada bir çox azyaşlı körpələr futbolçu olmaq arzusu ilə futbolun sirlərini öyrənməkdədirlər. Onların arasında tanınmış futbolçularımızın övladları da yer alır.
Məsələn, "Neftçi"nin və milli komandamızın üzvü Emin Mahmudov, "Neftçi" və yığma komandanın sabiq üzvləri Tərlan Quliyev ilə Turan Axundov kimi simalar övladlarını adıçəkilən məktəbin müəllim heyətinə həvalə ediblər.
Vaxtaşırı imkan olduqca tanınmış simalar məktəbə baş çəkir, görüşlərdə iştirak edirlər.
Sonuncu belə ziyarət Azərbaycan respublikasının müstəqillik günü kimi qeyd olunan 28 may tarixinə təsadüf edib.
Tarixi günlə bağlı tədbirdə iştirak edən futbolçular sonda azyaşlı uşaqlarla foto çəkdirməyi də unutmayıblar.
XANOĞLAN / SPORTİNFO.AZ

