"Neftçi" mənə illik 80 min dollar təklif edirdi, razılaşmadım"

30 May 2022 03:40 Neftçi 2 277
"Neftçi" mənə illik 80 min dollar təklif edirdi, razılaşmadım"

"Anagennisi Kardisa"nın futbolçusu Vasilios Kutsianikulis "Neftçi"də oynaya bilərmiş.

Sportinfo.az "gazetta.gr" portalına istinadən xəbər verir ki, yunan futbolçu özü 2019-cu ildə Bakı klubuna keçidinin baş tutmamasından danışıb.

Ölkəsində "yunan Messi" kimi tanınan Vasilios məsələ haqda bunları deyib: "OFİ-dən sonra "Neftçi"dən təklifim var idi.

Mən daha çox pul qazanmaq istəyirdim, amma onlar bundan imtina etdi. Belədə, transfer baş tutmadı.

Səhv xatırlamıramsa, "Neftçi" mənə illik 80 min dollar təklif edirdi, mən isə onlardan 100 min dollar istəmişdim.

Amma onlar bundan imtina etdi. Fikirləşirdim ki, onlar danışıq üçün yenidən müraciət edəcək. Lakin belə olmadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!