Ötən il "Sumqayıt"dan "Neftçi"yə transfer olunan Xəyal Nəcəfov komandadan ayrılmaq istəyir.
Arxada qalan müddətdə heç cür əsas heyətdə möhkəmlənməyi bacarmayan yarımmüdafiəçi daim oynayacağı bir kluba getmək istəyir.
Bəzi təklifləri olan Nəcəfov öz istəyi barədə klubunu məlumatlandırıb.
Hazırda "Neftçi" ilə 2023-cü ilin yayına kimi müqaviləsi olan futbolçu hətta icarəyə verilməyə də razıdır. Amma "ağ qaralar"ın rəhbərliyi ona bir qədər gözləməyi məsləhət görüblər.
Yəqin ki, yaxın günlərdə keçiriləcək iclasda Müşahidə Şurasının baş məşqçi ilə bağlı qərarından sonra 24 yaşlı oyunçu ilə bağlı duruma aydınlıq gəlmiş olacaq.
Xəyal Nəcəfov "Neftçi" formasında bütün turnirlər nəzərə alınmaqla 26 görüşdə 1230 dəqiqə şans qazanıb. Futbolçu bu müddətdə adına nə qol, nə də asist yazdıra bilməyib.
XANOĞLAN / SPORTİNFO.AZ

