Premyer Liqada mövsümə mayın 21-də yekun vurulub.
Demək olar bütün əcnəbi məşqçi və futbolçular Azərbaycanı tərk edib.
«Sumqayıt»ın çalışdırıcısı Aleksey Baqa isə hələ də ölk əmizdədir, Belarusa qayıtmayıb. O, yay fasiləsini ailəsi ilə ölkəmizdə keçirməyi lazım bilib.
Baqanın əsas narahatlığı Rusiya və Ukrayna arasında gedən müharibədir.
Dörd aya yaxındır davam edən müharibənin Belarus ərazisinə keçməsindən, bundan sonra sərhədlərin bağlana biləcəyindən əndişəyə düşən mütəxəssis Azərbaycanda qalıb.
SPORTİNFO.AZ

