«Neftçi»nin yetirməsi İsmayıl Zülfüqarlı klubdan ayrılmaq istəyir.
Yarımmüdafiəçinin bunun üçün çox maraqlı və ciddi səbəbi var.
Belə ki, baş məşqçi Samir Abasov mövsümün son matçlarından birində gənc futbolçunun xətrinə dəyib.
Onun oyunundan narazılığını bildirən çalışdırıcı « nəyə desən, and içə bilərəm ki, səndən futbolçu olmayacaq » söyləyib.
Abasovun sözlərindən inciyən Zülfüqarlı klub rəsmilərindən icarəyə verilməsini istəyib. «Səbail», «Turan Tovuz» və «Şamaxı» gənclər yığmasının üzvünə görə «Neftçi»yə təklif göndərib.
SPORTİNFO.AZ

