Ketsbaya bu cür gizlədilir – Millimizin sabiq hücumçusu da gürcü məşqçidən çəkinir

28 May 2022 20:00 Neftçi 1 248
Ketsbaya bu cür gizlədilir – Millimizin sabiq hücumçusu da gürcü məşqçidən çəkinir

“Neftçi”nin əcnəbi baş məşqçi axtarışına çıxdığını və Temuri Ketsbaya ilə danışıqlara başladığını xəbər vermişdik.

Gürcü çalışdırıcının klub rəhbərliyindən illik 350 min avro tələb etməsi və büdcənin 20 milyon manata qədər artırılması ilə bağlı dediklərini də Sportinfo.az-dan oxumusunuz.

Son bir neçə gündə Ketsbaya ilə əlaqə qurub, onunla həmsöhbət olmağı planlaşdırsam da, hələ ki, heç cür mümkün deyil.

Təcrübəli mütəxəssis Kiprdə yaşadığından, Gürcüstanla elə də sıx əlaqədə deyil. Gürcü həmkarlarımıza demək olar danışmayan səbəbkar vətəninin futbol elitasında yer alan tək-tük adamla əlaqə qurur.

Onlardan biri, məsələn, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya Temurinin nömrəsini azərbaycanlı jurnalistə verməkdən qorxur.

Şəxsən mənimlə telefon danışığında öncə özü ilə danışıb icazə almasının vacibliyini bildirdi, sonra yoxa çıxdı.

Qısası, Badri Ketsbaya mövzusunda başına iş açmaq istəmədi. Halbuki mayın 26-sı səhər onunla hansısa məsələ ilə bağlı görüşəcəyini bildirmişdi.

Təcrübəli həmkarımız da aşağı-yuxarı Kvaratsxeliyanın yolu ilə getdi. O da öncə Temurinin nömrəsini bilmədiyini, ardınca onsuz da mətbuata açıqlama verməklə arasının olmadığını söyləyib “dərinə getmək” istəmədi.

Qısası, Temuri Ketsbaya gizlədilir. Niyə, hansı səbəbə - müəyyən etmək olduqca çətindir.

Bilmək olmaz, bəlkə də “Neftçi”dən Azərbaycan mətbuatına danışmamağı məsləhət görüblər. Ya da özü danışıqlar prosesində münasibət bildirmək fikrində deyil.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!