Azərbaycanlı futbolçular legioner həyatı yaşamağın planlarını qurduğu dönəmdə xaricdəkı həmyerlimiz vətənə qayıda bilər.
Buna səbəb Latviyada çıxış edən Asim Əlizadənin yerli klublardan təklif almasıdır.
22 yaşlı yarımmüdafiəçinin xidmətində Premyer Liqaya buraxılan “Kəpəz”la “Turan Tovuz” maraqlıdır. Həm Yaşar Vahabzadə, həm də Ayxan Abbasov Asimi sərəncamında görmək istəyir.
Əlizadə müqavilə ilə “Neftçi”yə məxsus olsa da, icarə sözləşməsi əsasında “Dauqavpils”də top qovur. Müqavilənin müddəti bu ilin sonuna qədərdir.
Dauqavpils təmsilçisinin “10 nömrə”si martdan bu yana Latviya çempionatında 8 oyunda 377 dəqiqə meydanda olub.
HƏBİB / SPORTİNFO.AZ

