“Neftçi” bu hücumçuya yeni müqavilə təklif etmədi, amma…

27 May 2022 11:40 Neftçi 2 987
“Neftçi” bu hücumçuya yeni müqavilə təklif etmədi, amma…

Ötən ilin sentyabrında “Neftçi”yə gələn Ramon Maçadonun müqavilə müddəti başa çatıb.

Paytaxt təmsilçisi braziliyalı hücumçuya yeni müqavilə təklif etməyib.

Bu, birbaşa Samir Abasovla bağlı prosesdir. İşdir,

Müşahidə Şurası onun baş məşqçi vəzifəsində qalmasına dair qərar qəbul eləsə, cənubi amerikalı forvard burada qalacaq. Çünki hazırkı çalışdırıcı “sambaçı“nı sərəncamında görməkdə maraqlıdır.

"Ağ-qaralar"ın heyətində 91 nömrəli formanı geyinən 31 yaşlı legionerin sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olub.

Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!