Mövsümü titulsuz başa vuran "Neftçi"də sükut davam edir.
Qısa istirahətdən sonra Konfrans Liqasında çıxış edəcək komandanın hazırlığa kiminlə başlayacağı hələ də sual olaraq qalır.
Çünki hazırkı çalışdırıcı Samir Abasovla müqavilə bu ay bitir yeni imzadan isə xəbər yoxdur. Gənc mütəxəssislə yolların ayrılacağı iddia olunur.
Əgər belə olacaqsa, yeni çalışdırıcı nə vaxt ictimaiyyətə açıqlanacaq?
Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a bunları dedi:
"Baş məşqçi məsələsinə yaxın günlərdə aydınlıq gələcək. Yəqin ki, növbəti həftə Müşahidə Şurasının iclası baş tutacaq. Və həmin toplantıda baş məşqçi və yeni sezonla bağlı qərarlar veriləcək".
XANOĞLAN

