Artıq Gürcüstanda da Temuri Ketsbayanın “Neftçi” ilə danışıq aparması haqda danışılır.
Bu haqda ölkənin aparıcı idman nəşrlərindən olan sportall.ge-də yazı dərc olunub.
Gürcü həmkarımız Ketsbayanın çalışdırdığı “Anortosis”in avrokuboklardan kənar qalması səbəbindən komandadan ayrılmaq ehtimalını mümkün sayaraq, təcrübəli çalışdırıcının Gürcüstanda bir neçə günlük səfər etdiyini yazıb.
Xəbərin davamında isə “Sportinfo”da dərc olunmuş yazıdakı detallar oxuculara çatdırılıb.
Ki, “Neftçi” rəhbərliyi Samir Abasovla yola davam etmək istəmədiyindən məşqçi axtarışına çıxıb və Temuri ilə təmasa girib.
Gürcü çalışdırıcının “Qarabağ”la layiqli mübarizə aparan və Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanan komanda qurması üçün rəhbərlikdən 20 milyon manatlıq bedcə tələb etməsi də qonşu ölkənin oxucularına çatdırılıb.
Ketsbayanın uzunmüddətli müqavilə və illik 350 min avro istəməsi də Sportinfo.az-a istinadən yazılıb.
HƏBİB

