"Neftçi"yə nəzarət paketini əldə etməyə 3 iddialı – YENİ DURUM

25 May 2022 13:00 Neftçi 2 391
"Neftçi"yə nəzarət paketini əldə etməyə 3 iddialı – YENİ DURUM

Azərbaycan Şahmat Federasiyasının və «SOCAR Georgia»nın prezidenti Mahir Məmmədov növbəti dəfə «Neftçi»yə iddia edir.

Bu barədə SOCAR-ın üst çevrələrinə yaxın mənbədən redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, o, ötən ilin payızından etibarən paytaxt klubu ilə yaxından maraqlanır və indinin özündə də bu istəkdədir.

İstək deyədə ki, M.Məmmədov «Neftçi»nin onun kurasiyasına keçməsini arzulayır. Və yalnız arzulamaqla kifayətlənmir. Eyni zamanda, bu istiqamətdə müxtəlif addımlar atır, cəhdlər göstərir.

Klubun uğursuz mövsüm keçirməsi «SOCAR Georgia»nın prezidentinin «əlini gücləndirib». O, əmindir ki, ixtiyar sahibi olarsa, «Neftçi»ni daha iddialı duruma gətirə biləcək.

Adıçəkilən şəxsin paytaxt təmsilçisini idarə edəcək işçi komandası da hazırdır. Həmin kadrların əksəriyyəti bu sahəyə yaddır, amma təbii ki, M.Məmmədova çox yaxındır.

«Neftçi» 2015-ci ilin əvvəlindən 1 il əvvələ kimi Mikayıl İsmayılovun – arrtıq istefada olan SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun kurasiyasında idi.

Həmin etapda da, indi də idarəçilik institutuna nəzarət Zaur Qəhrəmanovdadır. De-fakto bütün qərarların arxasında klubun Müşahidə Şurasının üzvü dayanır.

Güc ondadır.

Atası Tofiq Qəhrəmanovun neft şirkətinin vitse-prezidenti postundan uzaqlaşdırılması onun mövqelərini ümumən zəiflətsə də, hər halda bugünə kimi özünün iş başında qalması göstərir ki, oğul Qəhrəmanov «Neftçi»ni də asanlıqla təhvil verməyəcək.

Klubun fəaliyyəti SOCAR-ın Müşahidə Şurasının diqqət mərkəzindədir. Rövşən Nəcəfovun birinci vitse-prezident vəzifəsinə gətirilməsi və prezident səlahiyyətlərini də yerinə yetirməyə başlayandan bəri ilgi bir qədər də artıb.

Təbii ki, neft şirkətinin yeni rəhbərliyinin «Neftçi» ilə bağlı öz planları, öz namizədləri var. Bu məqamı önə çəksək, «ağ-qaralar»a nəzarət paketinin üçüncü qüvvənə keçməsi ehtimalını da yüksək qiymətləndirməliyik.

Bütün hallarda bir müddət gözləməli olacağıq. Yayın birinci ayı bu mənada aktiv keçəcək, bir çox yeni hadisələrə şahidlik edəcəyik. Bu, yalnız proqnoz deyil, həm də gələn xəbərlərdən çıxardığımız nəticədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!