"Neftçi"li barədə yayılan yeni iddiaya REAKSİYA - "Onunla 6 aydı zəngləşmirik"

11 May 2022 23:40 Neftçi 1 512
"Neftçi"li barədə yayılan yeni iddiaya REAKSİYA - "Onunla 6 aydı zəngləşmirik"

Zədə səbəbindən ötən ilin noyabrından komandasına kömək edə bilməyən Aqil Məmmədovun mövsümün sonu "Neftçi"dən ayrılacağı iddialı olunur.

Artıq təcrübəli qapıçıya ilk dəvətin ona doğma olan Naxçıvanın təmsilçisi "Araz Naxçıvan"dan gəldiyi də deyilir.

Aqilin Naxçıvanda dünyaya gəlməsi bu variantın mümkünlüyünü daha da gücləndirmiş olur. Olmaya sabiq milli üzvü karyerasının sonlarını doğma yurdun komandasında keçirmək istəyir?

Amma növbəti mövsüm birinci divizonda çıxış edəcək "Araz Naxçıvan"nın idarə heyətinin üzvü Sakit Rzayev Sportinfo.az-a açıqlamasında yayılan iddianı yalanlayıb:

"Mən də bu xəbəri mətbuatdan eşidirəm. Aqillə bəlkə də 5-6 aydı zəngləşmirik. Biz tərəfdən ona təklif göndərilməyib".

33 yaşlı qapıçı karyerası ərzində AZAL, "Qəbələ" və "Bakı" kimi komandaların şərəfin qoruyub.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti