Görün, Samir Abasov “Neftçi”yə kimi aldırıb - Ən sevimlisi imiş...

28 Yanvar 2022 20:00 Neftçi 4 621
Görün, Samir Abasov “Neftçi”yə kimi aldırıb - Ən sevimlisi imiş...

"Neftçi"nin qış fasiləsi dönəmində ilk transferi Azər Salahlı oldu.

Paytaxt təmsilçisi millinin müdafiəçisi ilə 2,5 illik müqavilə bağladı.

Son klubu "Keşlə" olan 27 yaşlı arxa xətt oyunçusu “Qarabağ” (2015-2017) və “Sumqayıt”da (2016-2018) da çıxış edib. “Ağ-qaralar” ona görə “Keşlə”yə 100 min manat təzminat ödəyib.

İndi onunla bağlı bir maraqlı fakt üzə çıxıb. Demə, Azər Abasovun “Sumqayıt”da çalışarkən ən sevimli futbolçusu imiş...

Belə ki, o, “kimyaçılar”ın sükanı arxasında olarkən, Salahlıya 32 matçda əsas heyətdə yer verib və heç birində əvəzləməyib.

Adıçəkilən müdafiəçi bu göstərici üzrə “Sumqayıt”da mütləq rekordçudur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT