"Neftçi" növbəti ayrılığın astanasında? - RƏSMİ AÇIQLAMA

21 Yanvar 2022 09:40 Neftçi 1 423
"Neftçi" növbəti ayrılığın astanasında? - RƏSMİ AÇIQLAMA

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Yunanıstana qayıtmağa yaxındır.

Bakı təmsilçisində icarə əsasında çıxış edən 25 yaşlı qvineyalı müqavilə ilə məxsus olduğu “Olimpiakos”a dönməyə planlaşdırır.

Bunu afrikalı legionerin özü də gizlətməyib, Azərbaycana gəlməyəcəyini bildirib,

Pirey təmsilçisi onu Yunanıstan klublarından birinə icarəyə verməyi düşünür. Futbolçu Yunanıstan Superliqasının iki təmsilçisinin maraqlandığı bildirilir.

Məşqçilər heyəti Kaneni yerli komandalara icarəyə verməklə onu yaxından izləməyi düşünür.

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sportinfo.az-a açıqlamasında bunları deyib: "Kane hələlik Qvineya millisinin düşərgəsindədir.

Hazırda rəsmi heç nə yoxdur. Ona görə də bu barədə bir şey deyə bilmirk".

Kane bu mövsümün sonuna qədər “Neftçi”yə icarəyə verilsə də, anlaşmaya əsasən, “Olimpiakos” qış fasiləsində onu qaytara bilər.

Mamadu Kane hazırda Afrika Millətlər Kuboku üçün Qvineya yığmasının düşərgəsindədir.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!