“Neftçi”nin sıralarına qatmağa çalışdığı növbəti hücumçunun kimliyi dəqiqləşib.
Daha doğrusu, “ağ-qaralar“ bu ilin əvvəlində Azərbaycana gətirmək istədiyi ön xətt oyunçusu ilə yenidən təmasa keçib.
Söhbət “Viktoriya”nın (Çexiya) sabiq forvardı Rikardinyodan gedir.
Qazaxıstan mətbuatının yaydığı xəöərə görə, tərəflər arasında danışıqlar artıq son mərhələdədir.
25 yaşlı braziliyalının karyerasını Azərbaycanda davam etdirməkdə maraqlı olduğu vurğulanıb. Hətta ilkin razılığın əldə edildiyi yazılır.
Rikardinyo hazırda azad agent statusu daşıdığından, “Neftçi”yə havayı başa gələcək.
Rikardinyo ötən mövsümü icarə əsasında “Kayrat”da keçirib. Qazaxıstan klubu onunla birbaşa müqavilə bağlamağa cəhd göstərib, di gəl, maliyyə şərtlərində anlaşmsa əldə etmək mümkün olmayıb.
Aldığımız məlumata görə, “Neftçi“ cənubi amerikalıya 400 min dolların üstündə illik ödəniş etməyə hazırdır.
“Sambaçı“ öncə yarım milyon dollardan çox pul istəsə də, son günlər bir qədər yumşalıb. Odur ki, sövdələşmənin rəsmiyyət qazanmaq ehtimalı yüksəkdir.
Rikardinyo karyerası ərzində “Qremio”, “Maritimo”, “Levski” (Sofiya) və “Makkabi”də (Hayfa) də çıxış edib.
Paytaxt təmsilçi bu yay 1 yerli və 3 əcnəbi ilə \üclənib.
Bunlar Rüfət Abbasov ("Şamaxı"), Qustavo Klisman (“Santa Klara”, Portuqaliya), Endryu Qravilyon ("Peksara" İtaliya) və Lyubomir Tupta (AEL, Yunanıstan) ilə anlaşıb.
SPORTİNFO.AZ

