"Neftçi"nin dünyaca tanınmış mütəxəssisə təklif etdiyi BAŞGİCƏLLƏNDİRİCİ MƏBLƏĞ

30 Noyabr 2021 13:00 Neftçi 5 250
"Neftçi"nin dünyaca tanınmış mütəxəssisə təklif etdiyi BAŞGİCƏLLƏNDİRİCİ MƏBLƏĞ

Samir Abasovla bağlı yaranan məlum qalmaqaldan və komandanın «uğursuzluq zolağı»na düşməsindən sonra yeni baş məşqçi axtarışına çıxan «Neftçi» rəhbərliyinin Valter Zenqa ilə təmas qurmasından xəbərdarsız.

İtaliyalı mütəxəssislə əlaqə yaradan klub rəhbərliyi bir həftədən artıqdır danışıqları davam etdirir. 61 yaşlı çalışdırıcıya təklif olunan şərtlər kifayət qədər cəlbedicidir.

Hazırkı sükançıya aylıq 20 min manat maaş verən bakılı rəsmilər apeninli tanınmışa illik 500 min avro ödəməyə hazırdır.

Sonuncu dəfə 2020-ci ildə «Kalyari»nin başında dayanmış Zenqa onlardan komandanın son 6 ayda keçirdiyi oyunların diskini istəyib.

O, futbolçularla bağlı məlumat toplamağa başladığını söyləməklə, bakılı rəsmilərin bu izdivacın gerçəkldəşə biləcəyinə ümidləndirib.

Müşahidə Şurası dekabrın sonunda növbəti dəfə bir araya gələcək. Və orada komandanın durumuna dair yekun qərar veriləcək.

Baş məşqçi dəyişikliyi son 2 turdakı nəticələrə və turnir cədvəlinə bağlıdır.

«Sumqayıt» və «Qəbələ» üzərində qələbə əldə edilərsə, həmçinin lider «Qarabağ»la aradakı xal fərqi azalarsa, onda Samir Abasov növbəti dəfə rəhbərlikdən möhlət alacaq.

Başqa cür olsa… Qapının ağzındakı Zenqa «Neftçi»nin futbolçularını salamlamaq üçün bazanın içərisinə ayaq basacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 00:10 11 günlük baş məşqçi