Samir Abasov "Neftçi" rəhbərliyinə yenə o sözü dedi…

27 Noyabr 2021 11:20 Neftçi 1 598
Samir Abasov "Neftçi" rəhbərliyinə yenə o sözü dedi…

Premyer Liqanın son 3 turunda məğlubiyyətlə üzləşən «Neftçi»nin baş məşqçisi Samir Abasov klub rəhbərliyi ilə görüşüb.

Yığıncaqda komandanın mövcud vəziyyəti müzakirə olunub.

O, uğursuz çıxışın səbəblərini öz tərəfindən əsaslandırmağa çalışıb və narahatlığını ifadə edib.

Gənc mütəxəssis əvvəlki mövqeyində qalıb, bildirib ki, yerli futbolçu potensialı aşağıdır və onlar səviyyə mənasında legionerlərlə ayaqlaşa bilmirlər.

Abasov bu barədə fikrini ictimaiyyət qarşısında açıqlamasına görə peşman deyil.

Çalışdırıcı qeyd edib ki, legioner limitinin ləğvi təklifini irəli sürməklə, əslində, daha əvvəldən diqqəti bu problemə yönəltmək istəyib.

Yəni ki, o, kollektiv üzvləri arasıında səviyyə balansnın pozulmasının mövsümün gedişində özünü daha açıq-aydın göstərəcəyini gözləyirmiş.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO
16 Yanvar 08:20 AFFA-nı aldatmaq olar?