Məşhur futbolçu "Neftçi"dən ayrılmasının səbəbini ilk dəfə açıqladı

25 Sentyabr 2021 00:42 Neftçi 1 746
Məşhur futbolçu "Neftçi"dən ayrılmasının səbəbini ilk dəfə açıqladı

"Mənim şəxsi bərbərim var. Hər ay olduğum yerə gəlir. Çıxış etdiyim dünya çempionatlarına və Rusiyaya da gedib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Litvanın "Suduva" klubuna keçən "Neftçi"nin sabiq futbolçusu Keysuke Honda mətbuat konfransı zamanı deyib.

35 yaşlı yaponiyalı yarımmüdafiəçi saçın onun üçün vacib olduğunu bildirib. Honda bunun imicinin bir hissəsi olduğunu sözlərinə əlavə edib.

Honda 2020/2021 mövsümündə "Neftçi"nin heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub. Təcrübəli oyunçu "Neftçi"dən ayrılmasının səbəbini də açıqlayıb:

"Klub rəhbərliyi mənə mövsümün sonunda yeni müqavilə təklif etmişdi. Amma mən həmişə yeni çağırışlar axtarıram.

Burada çempion olduğum üçün xoşbəxt idim. Lakin yeni çağırış istəyirəm. Bu səbəbdən, buradayam. Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım".

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da