Namiqi vuran Kamara üzr istədi: "Bağışla məni, qardaşım"

22 İyul 2021 18:00 Neftçi 1 301
Namiqi vuran Kamara üzr istədi: "Bağışla məni, qardaşım"

"Olimpiakos"un futbolçusu Məhəmməd Kamara Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra "Neftçi"nin futbolçusu Namik Ələskərovdan üzr istəyib.

Sportinfo.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

Matçın 43-cü dəqiqədəsində Ələskərovu zədələyən 24 yaşlı oyunçu baş verən hadisəyə görə təəssüf hissi keçirdiyini bildirib:

"Bağışla məni, qardaşım. Ümid edirəm ki, səhhətinlə bağlı hər şey qaydasındadır".

Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan Namik Ələskərov görüşü davam etdirə bilməyib.

Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub.

İlkin müayinədən sonra 26 yaşlı yarımmüdafiəçinin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb. Futbolçunun əməliyyat olunacağı gözlənilir.

Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?