"Neftçi" ilk transferinə nə qədər pul xərcləyib?

19 İyun 2021 19:00 Neftçi 1 890
"Neftçi" ilk transferinə nə qədər pul xərcləyib?

"Neftçi" nin yayın ilk transferinə nə qədər pul xərcləməsi məlum olub.

"Ağ-qaralar" Harramiz Soareslə 150 min dollar qarşılığında anlaşıb.

Tam adı Harramiz Quyeta Ferreyra Soares olan 31 yaşlı hücumçunun bakılılarla 2 illik müqavilə bağladığını da bildirək.

Son mövsümü Portuqaliyada - "Eştoril"də keçirən forvard San-Tome və Prinsipi millisinin üzvüdür.

"Eştoril" keçən mövsüm Portuqaliya II liqasının çempionu olaraq yüksək liqaya qayıdıb. Onun Lissabon təmsilçisi ilə bu ayın sonunadək müqaviləsi var.

Harramiz klubu ilə danışıqlar aparır ki, kontrakta vaxtından əvvəl qarşılıqlı razılaşma əsasnda xitam verilsin. Bu da problemli məsələ kimi görünmür.

Çünki "Eştoril" ilk dəfə Portuqaliyadan kənara çıxmaq istəyən forvardın bu arada Bakıya gəlib-getməsinə icazə verib və hər şeyi futbolçusunun öz öhdəsinə buraxıb.

Üçüncü zona ilə yanaşı, yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Harramiz "Neftçi"nin ən bahalı transferi olmayacaq. San-Tome və Prinsipi yığmasının üzvü burada 200 min dollardan da aşağı məbləğ qazanacaq.

“Seyxal”ın yetirməsinin karyerası Portuqaliya klubları ilə bağlıdır. O, müxtəlif illərdə “Elvas”, “Alyustrelense”, “Uniao Montemor”, “Benfika B”, “Farense Kovilha Akadimika”, “Tondela”, “Mafra” və “Leyxos”un uğurları üçün tər töküb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti